SON XƏBƏRLƏR

Türkiyədə helikopter qəzası - 6 nəfər ölüb

2024.12.09, 14:59
Türkiyədə helikopter qəzası - 6 nəfər ölüb

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb, onlardan biri generaldır.

Gunaz.tv

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı başsağlığı mətnində deyilir.

"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən əməkdaşımızı xilas etmək mümkün olmayıb. O, şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı diləyirik", - məlumatda vurğulanıb.

Qeyd edək ki, helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar