SON XƏBƏRLƏR

Əsədin İrana olan “30 milyard dollar borcu necə olacaq?

2024.12.09, 15:16
Əsədin İrana olan “30 milyard dollar borcu necə olacaq?

Mən parlamentdə olduğum müddətdə Suriya və Bəşər Əsədin İrana 30 milyard dollar borcu  var və bu da konstitusiyanın 80-ci maddəsinə zidd olaraq parlament tərəfindən təsdiqlənmədi.

Gunaz.tv

Bunu sözləri İran parlamentinin keçmiş üzvü Bəhram Parsayi özünün X hesabında yazıb.

"Suriyadakı müharibə İran xalqının müharibəsi deyil. Hökumət əvvəlki müharibəyə xərclənən milyardlarla dolların məsələsinə aydınlıq gətirməyib, iranlıların can və malını yeni pusquya salmamalıdır”,- bunu isə parlamentin Milli Təhlukəsizlik Komissiyasının keçmiş sədri Hişmətullah Fəlahətpişə deyib.

Fəlahətpişə bundan əvvəl may ayında da mediaya verdiyi müsahibədə Bəşər Əsəd rejiminin İrana 30 milyard dollar borcu olduğunu bildirmişdi.

Qeyd edək ki, bu borcların bir hissəsi SEPAH-ın Suriyaya göndərdiyi neftin Dəməşq tərəfindən bu günə kimi ödənilməyən pullarıdır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar