SON XƏBƏRLƏR

Fidan Blinkenlə Suriyadan danışdı

2024.12.10, 10:59
Fidan Blinkenlə Suriyadan danışdı

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi paylaşıb.

Türkiyə Xarici İşlər Nazirliyinin telefon danışığına dair paylaşdığı məlumatda qeyd olunub ki, diplomatların müzakirə etdiyi əsas mövzu Suriya olub. 

Hakan Fidan Entoni Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə icazə verməyəcəyini bildirib.

İnfrastrukturun bərpası və yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən Fidan bildirib ki, bu ölkəyə humanitar yardımların fasiləsiz çatdırılması üçün səylər göstərilməlidir.

 
 
 
 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar