SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus fəal tibb xidmətdən məhrum edilib

2024.12.11, 11:06
Azərbaycanlı məhbus fəal tibb xidmətdən məhrum edilib

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və vəkil Tahir Nəqəvinin bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, onun müayinə və müalicəsinə qoyulan məhdudiyyətlər davam edir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatlarının yaydığı məlumatda deyilir.

"May ayından həbsxananın həkimi Naqvinin prostat vəzinin kütləsindən nümunə götürmək, ultrasəs və MRT etmək üçün xəstəxanaya göndərilməsini tövsiyə etsə də, həbsxana rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. O, prostat vəzi xəstəliyi və onurğa sütununda şiddətli ağrılar səbəbindən ağır vəziyyətə düşüb. Bununla yaaşı məhbus vəkilin dizindəki problemlər və sağ əlinin hərəkət qabiliyyətinin azalması onun normal hərəkət etməsinə mane olub",- məlumatda bildirilib.

İnsan haqları təşkilatları həbsxanadakı ənbələrə istinadən həbsxana rəhbərliyinin heç bir səbəb göstərmədən Tahir Naqvininin lamerasını tez-tez dəyişdirdiyini diqqətə çatdırıblar: 

"Hüquqşünas Evin həbsxanasının 4-cü palatasından 6-cı palataya, sonra 7-ci palataya, ən sonda isə həbsxananın 8-ci palatasına köçürülüb". .

Qeyd edək ki, Tahir Nəqəvi fevralın 6-da Kərəc şəhərində həbs edilib.

Təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və ona məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Nəqəvini "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırıb, ona və 6 il həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar