SON XƏBƏRLƏR

İran İraqa müdaxilə üçün bəhanə axtarır

2024.12.13, 15:13
İran İraqa müdaxilə üçün bəhanə axtarır

İran hökumti Suriyada Bəşər Əsəd rejiminin süqutu və SEPAH-ın bu ölkədən çıxarılmasından sonra İraqda müdaxiləsini gücləndirmək istəyir.

Gunaz.tv

Bu, İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Al-i Sadiqin səsləndirdiyi bəyanatdan məlum olur.

"Terrorçuların İraqa hücumu ilə bağlı heç bir narahatlıq yoxdur və belə olan halda İran iraqlılara kömək edəcək",- səfir deyib.

Bəşər Əsədi devirən suriyalı müxalif təşkilatları "terrorçu" adlandıran İran səfiri, Tehranın İraqa terror hücumuna icazə verməyəcəyini söyləyib.

"Belə bir hadisə baş verdiyi təqdirdə biz iraqlılarla bərabər döyüşəcəyik. İran İraqın birliyi, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının zəruriliyini vurğulayan bir neçə rəsmi bəyanatlar verib",- Məhəmməd Kazım Ali Sadiq bildirib.

Səfirin bəyanatı ilə eyni vaxtda İranın dövlət mediası da suriyalı müxalif qrupların Suriyadan sonra İraqa da hücum edəcəkləri barədə iddialar irəli sürüb.

Bunun İranın İraqda zəifləməkdə olan mövqe və qüvvələrini yenidən gücləndirməyə hesablandığı ehtimal edilir.

Qeyd edək ki, İranın iddialarının əksinə olaraq, Suriya opozisionunun əsas siması, "Heyət-i Təhrir əş-Şam"ın rəhbəri Əbu Məhəmməd Colani İrandan başqa bütün bölgə ölkələri ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar