SON XƏBƏRLƏR

Güney Azərbaycanlı siyasi məhbus, müğənni Milad Cəlilinin cəza müddəti başa çatıb

2024.12.14, 10:45
Güney Azərbaycanlı siyasi məhbus, müğənni Milad Cəlilinin cəza müddəti başa çatıb

Azərbaycanlı reper və siyasi məhbus Milad Cəliliyə 8 ay həbs cəzası başa çatıb və o sərbəst buraxılıb.

Gunaz.tv

Qeyd edək ki, o, səkkiz aylıq cəzasının son dörd ay 15 gününü həbsxanadan kənarda elektron cihazın nəzarəti altında keçirmişdi.

Milad Cəlili 2024-cü il iyunun 5-də Təbriz zindanına köçürülmüş, iyulun 21-də isə elektron bağlayıcı nəzarəti altında Təbriz zindanından azad edilmişdi.

Xatırladaq ki, Cəlili Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən “separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə səkkiz aylıq həbs cəzasına məhkum edilib. Bu hökm Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi tərəfindən təsdiq edilmişdi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar