SON XƏBƏRLƏR

Trampın bəyanatından sonra dollar yenə bahalaşdı

2024.12.14, 14:26
Trampın bəyanatından sonra dollar yenə bahalaşdı

İran pulunun ucuzlaşmasının davamında, ABŞ dolları tümən qarşısında yenədə bahalaşıb.

Gunaz.tv

Bu barədə Tehran azad bazarındakı mənbələrin yaydığı məlumatda bildirilib.

Məlumata görə, bu gün hər 1 ABŞ dolları 75 min tüməndən bahaya satılıb.

Bununla yanaşı hər 1 avro 78 min 450, 1 Azərbaycan manatı isə 43 min 850 tümənə dəyişdirilib.

İqtisadçılar hesab edir ki, Əli Xamənei və Donald Trampın son günlər səsləndirdiyi fikirlər dolların bahalaşmasını sürətləndirib.

Onların fikrincə Xamneinin 11 dekabrda Yaxın Şərqdə “müqavimət cəbhəsi”nin yenidən genişlənməsi və güclənməsi ilə bağlı çıxışından sonra dolların qiyməti 73 min tüməni keçib.

Donald Trampın isə İran qarşısında hərbi variantdan istifadə ehtimalının olduğunu bildirən müsahibəsinin dərcindən sonra dolların qiyməti daha sürətlə bahalaşaraq 75 min tüməndən bahaya satılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar