SON XƏBƏRLƏR

Talibanın miqrasiya naziri Xəlil Rəhman Haqqani öldürülüb

2024.12.16, 12:02
Talibanın miqrasiya naziri Xəlil Rəhman Haqqani öldürülüb

Talibanın miqrasiya naziri Xəlil Rəhman Haqqani Kabulda baş verən kamikadze hücumu nəticəsində öldürülüb

Gunaz.tv

Bu hadisə 2021-ci ildən bəri Taliban daxilində baş verən ən yüksək rütbəli ölüm halıdır. Bu olay Taliban daxilində bölünmələrin baş verdiyinə dair suallar yaratmağa başlayıb.

Hücumun məsuliyyətini İŞİD terror təşkilatının Xorasan qolu öz üzərinə götürüb.

Qeyd edək ki, Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri Siracuddin Haqqaninin əmisidir və Taliban Əfqanıstanda hakimiyyəti ələ aldığı dövrdə Kabul şəhərinin təhlükəsizliyi ona tapşırılmışdı.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar