SON XƏBƏRLƏR

ABŞ: İranın neft sanksiyaları qüvvədədir və tam icra olunur

2024.12.17, 11:51
ABŞ: İranın neft sanksiyaları qüvvədədir və tam icra olunur

"Biz İranın neft ehtiyatlarının daşınması və satışı ilə bağlı təsdiqlənməmiş xəbərlər almışıq. İranın neft sanksiyaları hələ də qüvvədədir və onlar tam şəkildə həyata keçiriləcək."

Gunaz.tv

Bu sözləri ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Pillay Vaşinqtonun İran İslam Respublikasının neft satışına qarşı tətbiq etdiyi son sanksiyalar haqqında danışarkən deyib.

Xatırladaq ki, İran neftinin əsas alıcısı Çin hesab edilir. İndiki şəraitdə İran nefti İraq, Oman, Malaziya nefti kimi yenidən markalanır və Çinə məxsus tankerlərlə Çinə daşınır.

Qeyd edək ki, son bir ayda ABŞ maliyyə nazirliyi sanksiya altında olmasına baxmayaraq İran neftini daşıyan 45 neft tankerini müsadirə edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar