SON XƏBƏRLƏR

Pezeşkian yanacaq oğurluğuna görə məsulları ittiham etdi

2024.12.17, 17:03
Pezeşkian yanacaq oğurluğuna görə məsulları ittiham etdi

Ölkədə hər gün 20 milyon litr benzin yoxa çıxır və bununla bağlı kimsə məsuliyyət daşımaq istəmir.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Bu necə mümkün olur? Özümüzün istehsal edib payladığımız benzinin harada və kimlərin əli ilə yoxa çıxmasına görə niyə kimsə məsuliyyət daşımır?",- Prezident əlavə edib.

O, deyib ki, bunun məsul şəxslərin xəbəri olmadan baş verməsi mümkün deyil və burada əlaqədar qurum və məsullar günahkardır.

Məsud Pezeşkian, oxşar problem və məsuliyyətsizliyin başqa sahələrdə, o cümlədən su, qaz, elektrik enerjisi sahəsində də baş verdiyini bildirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar