SON XƏBƏRLƏR

İtaliya Amerikanın axtarışa verdiyi iranlını azad edib

2025.01.13, 10:00
İtaliya Amerikanın axtarışa verdiyi iranlını azad edib

İran Xarici İşlər Nazirliyi İtaliyada həbsdə olan vətəndaşının ölkəyə qaytarıldığını açıqlayıb.

Gunaz.tv

Bu barədə Nazirliyin sözçüsü İsmayıl Bəqai məlumat verib.

O, İtaliyada həbsdə olan İran vətəndaşı Məhəmməd Abedini Nəcəfabadinin azad edilərək ölkəyə qayıtdığını açıqlayıb.

Qeyd edək ki, 38 yaşlı Məhəmməd Abedini NəcəfabadiniAmerikanın tələbi ilə dekabrın 16-da Milan hava limanında həbs edilib.

Məhəmməd Abedini Nəcəfabadi dron texnologiyasını İrana ötürməkdə ittiham olunurdu. Vaşinqton bildirib ki, texnologiya fevral ayında İordaniya-Suriya sərhədi yaxınlığında üç Amerika əsgərinin ölümünə səbəb olan hücumda istifadə edilib. İran sözügedən ittihamı rədd edib.

Xatırladaq ki, İran dekabrın 19-da həbs etdiyi italiyalı jurnalist Sesiliya Salanı yanvarın 8-də  azad edərək İtaliyaya qaytarıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar