SON XƏBƏRLƏR

İran Fransanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb

2025.01.14, 09:15
İran Fransanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb

Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və Tehranın Parisə etiazı bildirlib.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, səfirlə görüşdə Fransanın terrorizmi dəstəkləməkdən imtina etməsi barədə çağırış edilib.

İran rəsmisi deyib ki, terrorçuları dəstəkləməkdən imtina etmək məcburi beynəlxalq hüquqi öhdəlikdir.

Səfirin İran XİN-ə çağırılması Fransanın İran hökumətinə qəti müxalif olan “İran Xalq Mücahidləri” təşkilatının toplantısına ev sahibliyi etmək qərarı verməsinə görədir.

Tehran rejimi isə uzun illər əvvəl silahlı fəaliyyətini dayandıraraq, Tehrana qarşı siyasi mübarizə aparan bu təşkilatı terrorçu hesab edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar