SON XƏBƏRLƏR

PKK-nın İran qolunun məsul şəxsi məhv edildi

2025.01.15, 13:01
PKK-nın İran qolunun məsul şəxsi məhv edildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda əməliyyat keçirib.

Gunaz.tv

GünazTV "TRT Haber"-ə istinadən cəbər verir ki, MİT İraqda qurduğu kəşfiyyat şəbəkəsi sayəsində Amed Serhed kod adlı iranlı terrorçunun İraqın Pəncavin çölündə fəaliyyət göstərdiyini müəyyən edib.

PKK-ya qoşulduqdan sonra təşkilatın üst rəhbərliyi tərəfindən qısa müddətə Diyarbəkir və Bitlisə təyinat alarkən təhlükəsizlik qüvvələrinə qarşı bir çox silahlı əməliyyatlar həyata keçirən iranlı terrorçu MİT-in hədəf siyahısına salınıb.

Şərqi Kürdüstan Müdafiə Birliklərinin (YRK) qurucusu Amed Serhed kod adlı terrorçunun mühafizəçisi iranlı Şivan Çiya kod adlı Akam Şahenin də bir müddət İran və Hakkaridə fəaliyyət göstərdiyi müəyyən edilib.

Onun Türkiyə qüvvələrinin sərhəddə PKK/KCK-ya qarşı keçirdiyi əməliyyatlar zamanı İraqa qaçdığı və təşkilat rəhbərliyi tərəfindən Süleymaniyyəyə təyin edildiyi öyrənilib.

MİT öz sahə agentləri vasitəsilə əməliyyat hazırlığına başlayıb. Nöqtə əməliyyat üçün ən uyğun şərait yaranmasını gözləyib. Terrorçular MİT-in nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar