SON XƏBƏRLƏR

Avropa şirkət İranı tərk etdi

2025.01.16, 09:59
Avropa şirkət İranı tərk etdi

Xarici şirkətlərin İranı tərk etməsi və sərmayələrini bu ölkədən çıxarması davam edir - daha bir Avropa şirkəti İranı tərk edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Avropa investisiya şirkəti IIIC, İranın "Dicikala" onlayn alış-veriş mağazalar şəbəkəsindəki investisiyasını ölkədən çıxarıb.

Bu şirkətin "Dicikala"nın səhmlərinin 33%-nə sahib olduğu bildirilib.

Qeyd edək ki, bir neçə gü əvvəl isə Səudiyyə Ərəbistanının İranda ən böyük sərmayəsi olan Safola Holdinq, İranda olan 188 milyon dollar dəyərindəki sərmayəsini ölkədən çıxarıb.

Bundan qısa müddət sonra İranda qida yağı qıtlığı yaranıb və müxtəlif növ qida yağlarının qiyməti 15-21%-ə qədər artıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar