SON XƏBƏRLƏR

Tramp ilk uğura nail oldu

2025.01.16, 11:50
Tramp ilk uğura nail oldu

İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanının yeni seçilmiş Prezidenti Donald Trampla telefonla danışıb.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir ABŞ-ın yeni seçilmiş Prezidenti Trampa Qəzzada saxlanılan girovların azad edilməsi razılaşmasının əldə edilməsinə göstərdiyi köməyə görə təşəkkür edib. Baş nazir bütün əsirlərin istənilən yolla geri qaytarılmasına dair öhdəliyini açıq şəkildə ifadə edib, Trampın Qəzzanın bir daha terror sığınacağı olmamasını təmin etmək üçün ABŞ-ın İsraillə birlikdə çalışacağına dair bəyanatlarını alqışlayıb”, - məlumatda deyilir.

Tərəflər həmçinin Qəzza ətrafındakı vəziyyəti və digər mühüm məsələləri müzakirə etmək üçün tezliklə Vaşinqtonda görüş keçirməyə razılaşıblar.

Qeyd edək ki, ötən gün Qəzzada atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşma əldə edilib. Atəşkəs 19 yanvardan qüvvəyə minəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar