SON XƏBƏRLƏR

Trampın komandası Rusiyaya qarşı sanksiya strategiyası hazırlayır

2025.01.17, 13:00
Trampın komandası Rusiyaya qarşı sanksiya strategiyası hazırlayır

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın müşavirləri yaxın aylarda Rusiya və Ukrayna arasında diplomatik razılaşmanın əldə olunmasına kömək etmək üçün geniş sanksiyalar strategiyası hazırlayırlar.

Gunaz.tv

Bu bardə nüfuzlu “Bloomberg” agnetliyi anonim mənbələrə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, Trampın komandası iki əsas yanaşmanı nəzərdən keçirir. Birincisi, gələcək administrasiya Rusiyanın siyasətini daha aqressiv hesab edərsə, neft ticarəti ilə bağlı ikinci dərəcəli sanksiyaları gücləndirmək olardı. Bu halda məhdudiyyətlər Hindistan və Çindəki böyük şirkətlər də daxil olmaqla, Avropa yükgöndərənlərinə və Asiyadan neft alıcılarına təsir edə bilər.

Digər variant isə Danimarka və Türkiyədəki boğazlardan Rusiya neftini daşıyan tankerlərə qarşı daha qəti müdaxilələrə təkan verməkdir.

Daha yumşaq yanaşma istehsalçıların lisenziyalarının uzadılması və ya Rusiya neftinin qiymətinin artırılması imkanlarını əhatə edə bilər. “Bloomberg” yazır ki, Trampın komandası Ukraynadakı müharibənin qaçılmaz həllinin əlamətlərini görsə, bu tədbirlər mümkündür.

Hələlik İran və Venesuelaya təzyiqləri özündə ehtiva edən sanksiya təzyiqi strategiyası, qeyd edildiyi kimi, ilkin mərhələsindədir. Trampın özünün hansı yanaşmaya meyl etdiyi məlum deyil.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar