SON XƏBƏRLƏR

Donald Tramp ABŞ-nin 47-ci Prezidenti olub

2025.01.21, 11:01
Donald Tramp ABŞ-nin 47-ci Prezidenti olub

Donald Tramp ABŞ-nin 47-ci Prezidenti kimi and içib.

Gunaz.tv

Donald Tramp bazar ertəsi günü ABŞ-ın 47-ci prezidenti kimi hakimiyyətə qayıdıb və inauqurasiya nitqini “Amerikanın qızıl dövrü elə indi başlayır” ifadəsi ilə başlayıb.

İkinci dəfə prezident seçilmiş Donald Tramp təxminən 600 nəfərlik izləyici qarşısında yarım saat danışdı. O, ölkəni birləşdirəcəyini vəd edərək bildirdi ki, "Milli birlik indi Amerikaya qayıdır".

Eyni zamanda çıxışının bir hissəsini Co Baydenə həsr edərək, onun qərarlarını sərt şəkildə tənqid etdi. Bu müddət ərzində Co Baydenin adını çəkmədi.

Yeni prezident Kapitol Rotundadakı 30 dəqiqəlik çıxışında bu ifadələri işlətdi: "Bu gündən etibarən ölkəmiz çiçəklənəcək və ABŞ bütün dünyada yenidən hörmət qazanacaq. Birləşmiş Ştatlar özünü bir daha böyüyən, rifahını artıran, ərazisini genişləndirən, şəhərlərini tikən, ümidləri ilhamlandıran, bayrağını yeni və gözəl üfüqlərə daşıyan bir dövlət kimi görəcək”, - dövlət başçısı vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar