SON XƏBƏRLƏR

Güneyli idmançı gənclərə nümunə göstərildi

2025.01.23, 10:09
Güneyli idmançı gənclərə nümunə göstərildi

Güney Azərbaycanın Zəncan şəhərindənolan idmançı Elnaz Rekabi Dünya Qayaya Dırmanma Federasiyası tərəfindən Olimpiya Oyunlarına gənc nümunə kimi təqdim edilib.

Gunaz.tv

Bu barədə federasiyanın yaydığı məlumatda bildirilib.

Azərbaycanlı idmançı 2022-ci ildə Cənubi Koreyada keçiriləcən Asiya çempionatının final mərhələsində hicabsız iştirak edib.

Rikabinin yarışmalarda hicabsız iştirakı ilə bağlı şəkillərinin yayılması iranlı gənclər arasında rəğbətlə qarşılaşıb.

Bu səbəbdən də Elnaz Rekabi 2022-ci ildə "BBC"nin tərtib etdiyi dünyanın 100 nüfuzlu qadını siyahısına daxil edilib.

Qeyd edək ki, Elnaz Rekabi, baş örtüyü olmadan yarışa qatılmaqla İranda hökumətin tətbiq etdiyi məcburi hicab qaydasına, molla rejimi tərəfindən qadınların öldürülməsi və həbsinə etiraz edib.

O, İrana qayıtdıqdan sonra hökumətin təzyiqləri ilə üzləşib və yarışarda iştirakına qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar