SON XƏBƏRLƏR

Trampdan Putinə ultimatum: Müharibəni DAYANDIR!

2025.01.23, 12:51
Trampdan Putinə ultimatum: Müharibəni DAYANDIR!

"Elə indi razılaşın və bu mənasız müharibəni dayandırın! Bundan sonrası daha pis olacaq."

Gunaz.tv

"Mən Rusiyaya zərər vermək istəmirəm. Rus xalqını sevirəm və hər zaman Putinlə çox yaxşı münasibətlərim olub. Rusiya təxminən 60 milyon adam itirməklə ikinci dünya müharibəsində qalib gəlməkdə bizə kömək edib. Bütün bunları nəzərə alaraq mən iqtisadiyyatı çökməkdə olan Rusiyaya və prezident Putinə böyük bir yaxşılıq etmək istəyirəm. Elə indi razılaşın və bu mənasız müharibəni dayandırın! Bundan sonrası daha pis olacaq”.

 

GünazTV xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi sosial şəbəkəsində yazıb.

“Əgər biz razılaşma əldə etməsək, yaxın vaxtlarda Rusiyanın ABŞ-a və digər ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, - Prezident vurğulayıb.

AĞ Evin sahibi iddia edib ki, prezident olsaydı, müharibə heç vaxt baş verməyəcəkdi: “Gəlin, bu müharibəni bitirək! Bunu ya asan, ya da çətin yolla etmək olar. Amma asan yol həmişə daha yaxşıdır. Razılaşmanın vaxtıdır. Artıq heç bir insan itkisi olmamalıdır!"

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar