SON XƏBƏRLƏR

Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar iki həftə sonra başlayacaq

2025.01.24, 11:27
Qəzza sazişinin yeni mərhələsi ilə bağlı danışıqlar iki həftə sonra başlayacaq

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqlar iki həftədən sonra başlayacaq.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin hərəkatın teleqramdakı rəsmi kanalında yazıb.

“İki həftədən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlanacaq, bu müddət ərzində üç əsas məsələ müzakirə olunacaq: İsrail qoşunlarının Qəzzadan tam çıxarılması, anklavda daimi atəşkəs və bütün əsirlərin dəyişdirilməsi", - Cabarin qeyd edib.

O, həmçinin vurğulayıb ki, HƏMAS Qəzza razılaşmasının bütün mərhələlərinin bir-biri ilə bağlı olmasını israr edir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar