SON XƏBƏRLƏR

Qoşaçayda daha bir azərbaycanlı yeniyetmə intihar etdi

2025.01.24, 15:53
Qoşaçayda daha bir azərbaycanlı yeniyetmə intihar etdi

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində 16 yaşlı yeniyetmə Mehdi Məhəmmədi Əsl özünü asıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Yanvarın 23-də özünə qəsd edən yeniyetmənin maşın təmiri sexində işlədiyi və məişət problemləri səbəbindən intihar etdiyi bildirilib.

Qeyd edək ki, son 7 il ərzində intihara cəhd edən yüz minlərlə iranlının 40 mini özünə qəsd nəticəsində həyatını itirib.

İran Tibbi Ekspertiza Mərkəzinin son hesabatına görə, intihar edənlərin 7%-i yeniyetmələr təşkil edir.

Psixoloqlar bunun gələcəyə ümidsizlik, yoxsulluq, işsizlik və başqa bu kimi problemlərlə irəli gəldiyini bildirirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar