SON XƏBƏRLƏR

Tehranda Prezident Aparatı qarşısında etiraz aksiyası keçirildi

2025.01.25, 15:29
Tehranda Prezident Aparatı qarşısında etiraz aksiyası keçirildi

Bu gün səhər saatlarında İranın neft və qaz sənayesinin müxtəlif şəhərlərdən olan bir qrup işçisi Tehranda Prezident Aparatı qarşısında etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Narazı işçilər əmək haqlarının ödənilməməsinə, podratçı şirkətlərin onları istismar etməsinə və bu günə kimi hüquqları ilə bağlı irəli sürdükləri tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Onlar üzərində "biz podratçı istəmirik, biz istismar istəmirik" yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, son bir neçə illər neft və qaz sənayesi işçilərinin etiraz aksiyaları artıb.

Onlar dəfələrlə işi dayandırıb və hüquqlarnın təmin olunmasını istəyiblər.

Bu səbəbdən yüzlərlə işçi heç bir təzminat ödənilmədən işdən qovulub, onlarla işçi fəalı isə həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar