SON XƏBƏRLƏR

Putin ABŞ prezidentinin təklifinə cavab verdi

2025.01.25, 15:31
Putin ABŞ prezidentinin təklifinə cavab verdi

“Biz ABŞ-nin hazırkı prezidentinin birgə işləməyə hazır olması barədə bəyanatlarını görürük. Buna hər zaman açığıq”.

Gunaz.tv

GünazTV Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Qərb Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara qoyulan qadağanı ləğv etməyə məcbur etməlidir.

“Ukrayna tərəfindən qadağan olunduğu bir şəraitdə danışıqların aparılması barədə ciddi danışmaq çətindir. Əlbəttə, bəzi ilkin konturlar hazırlana bilər, lakin hansısa ciddi danışıqlardan, təbii ki, Ukrayna tərəfinin qadağasını nəzərə alsaq, söhbət açmaq kifayət qədər çətindir”, - Putin deyib.

Eyni zamanda, o vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı, o cümlədən ABŞ ilə danışıqlara hazırdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar