SON XƏBƏRLƏR

Xarici şirkətlər İranı tərk edir

2025.01.27, 16:39
Xarici şirkətlər İranı tərk edir

Xarici şirkətlər və sərmayəçilərin İran bazarını tərk etməsi prosesi davam edir.

Gunaz.tv

Bunun daha çox beynəlxalq sanksiyalar və Amerikanın təzyiqi nəticəsində baş verdiyi bildirilir.

Prosesin davamında və iri texnoloji şirkətlərin tədricən İran bazarını tərk etmələrindən sonra, IBM, HP və Apple kimi brendlər də artıq fəaliyyətlərini məhdudlaşdırıb və bəziləri İran bazarını tamamilə tərk ediblər. 

Bu yaxınlarda Asus və Lenovo kimi digər markalar da İranı tərk edən şirkətlər sırasına qoşulub.

Kompüter Texnologiyası Birliyinin başçısı Məhəmmədrza Fərəci Tehrani də məsələni təsdiq edib və sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb.

O, İT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq problemin dolayı yollarla həll edilməsinə çalışdıqlarını söyləyib.

“Sanksiyalar səbəbindən idxalçılar dolayı üsullardan istifadə etmək məcburiyyətində qalıblar, bu da sifarişlərin qeydiyyatı və valyuta ayrılması kimi problemlərə səbəb olur”,- Fərəci Tehranı əlavə edib.

Qeyd edək ki, bir neçə əvvəl Avropa investisiya şirkəti IIIC, İranın "Dicikala" onlayn alış-veriş mağazalar şəbəkəsindəki investisiyasını ölkədən çıxarıb.

2024-cü ilin dekabr ayında isə Səudiyyə Ərəbistanının İranda ən böyük sərmayəçisi olan Safola Holdinqdə oxşar addım atıb və İranda 188 milyon dollar dəyərindəki sərmayəsini geri çəkib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar