Fəallar ailələri ilə əlaqə saxlayaraq onlara ağır işgəncələr verildiyini, işgəncələr nəticəsində əl və burunlarının zədələndiyini bildiriblər.
Son günlər bu iki fəalın ailələri təhlükəsizlik və ədliyyə qurumlarına müraciət edərək onların durumu və harada olduqlarını öyrənməyə çalışsalar da onlar məsul şəxslərin ziddiyyətli cavabları ilə üzləşiblər.
Fəalların ailələri onların fiziki vəziyyətindən son dərəcə narahatdırlar. Xüsusən də xəstəlikdən əziyyət çəkən Rza Səliminin anası oğlunun durumundan xəbərsiz olduğundan onun öz vəziyyəti də pisləşib.
Qeyd edək ki, bu iki fəalın rəsmi ittihamı, saxlanma şəraiti və işinin hüquqi prosesi hələ müəyyən edilməyib.
C