SON XƏBƏRLƏR

WSJ: PUA-lar Ukrayna əsgərini əvəz edir

2025.02.07, 12:04
WSJ: PUA-lar Ukrayna əsgərini əvəz edir

Ukrayna cəbhə xəttində canlı qüvvə çatışmazlığı yaşayır, amma PUA-lar bu çatışmazlıqları aradan qaldırmağa kömək edir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu “Voll Strit Jurnal” nəşri yazıb.

Ukrayna Müdafiə qüvvələrində dronlar boldur. Ukrayna indi piyada çatışmazlığını kompensasiya etmək üçün məhz dronlara arxalanır.

Müşahidə pilotsuz təyyarələri 1000km-lik cəbhə xəttini tamamilə insan qüvvəsini əvəz edərək müdafiə edir. Rus əsgərləri Ukrayna mövqelərinə doğru irəlilədikdə, onları məhv etmək üçün partlayıcı dronlar göndərilir, daha böyük pilotsuz təyyarələr isə onların üzərinə bombalar atır. Ukrayna əsgərləri dronlardan canlarını qurtara bilən yalnız bir neçə rus əsgərə qarşı silahdan atəş açır.  

Bu strategiya hələlik işlək vəziyyətdədir. Moskvanın Pokrovska şəhərinə işğal hücumuna başlamasından bir ilə yaxın müddət ərzində rus qoşunları canlı qüvvə və artilleriya sursatında böyük üstünlüklərə baxmayaraq, şəhəri ələ keçirə bilmədilər.

Rusların yavaş irəliləməsi dronların hücumu nə qədər çətinləşdirdiyinin sübut edir. Artıq heç bir tərəf böyük zirehli maşınları təmas xəttinə göndərmir. Çünki onlar pilotsuz təyyarələr üçün asan hədəflərdir. Bunun əvəzinə, piyadalar adətən son bir neçə kilometr məsafəni piyada, çox vaxt iki və ya üç əsgərdən ibarət qruplar halında qət edirlər ki, bu da dronların aşkar etməsi daha çətindir.

Son iki aydır Pokrovskdan cənubda döyüşən Ukrayna batalyon komandiri "Dronlar insanları əvəz edə bilməz" dedi. Bu müddət ərzində onun batalyonu təxminən bir kilometr geri çəkildi. "Onlar düşmənin hücumunu ciddi şəkildə zəiflədə bilər, lakin onu tam dayandıra bilməzlər."

O, pilotsuz təyyarələrin dəstəyi olmadan vəziyyətin dəhşətli olacağını bildirdi.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar