SON XƏBƏRLƏR

Ərdəbildə azərbaycanlı hüquqşünas Məhəmməd Rza Fəqihinin posterləri yayılıb

2025.02.08, 11:31
Ərdəbildə azərbaycanlı hüquqşünas Məhəmməd Rza Fəqihinin posterləri yayılıb

Azərbaycan Milli Hərəkatının fəalları Evin Həbsxanasında həbsdə olan azərbaycanlı vəkil “Məhəmməd Rıza Fəqihi”yə dəstək məqsədi ilə Ərdəbil şəhərinin hər yerində etiraz plakatları quraşdırıblar.

Gunaz.tv

Plakatlarda deyilirdi:

Türk əsilli azərbaycanlı hüquqşünas, şərəfli şəxsiyyət Məhəmməd Rza Fəqihi bu gün fars-mərkəzli şovinist sistemin əsarətindədir. Hər cür təhdidlərə zərrə qədər tərəddüd etmədən, nümunəvi cəsarət qarşı çıxan vəkil bu gün türk millətinin haqqını və müdafiəsini öz üzərinə götürmüşdür. O, 5 il həbs cəzasına məhkum edilib və cəzasını Evin həbsxanasında çəkir / Azərbaycan Milli Hərəkatı - Ərdəbil.”

Qeyd edək ki, Azərbaycanlı vəkil Məhəmməd Rza Fəqihi 5 illik cəzasını çəkmək üçün 2025-cü il yanvarin 1-də çərşənbə axşamı Evin zindanına köçürülüb. O, İslam İnqilabı Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən "milli təhlükəsizliyə qarşı hərəkət etmək niyyəti ilə toplaşmaq və sövdələşmə" ittihamı iləməhkum edilib, həmçinin iki il müddətinə vəkillik fəaliyyəti, siyasi qruplara üzvlük və ölkədən çıxışına qadağa qoyulub.

Cənab Fəqihinin ittihamları həmkarlarına 2022-ci il oktyabrın 12-da Vəkillər Kollegiyası qarşısında keçiriləcək mitinq barədə məlumat verən mətn mesajı göndərdiyi üçün irəli sürülüb. O, 2022 etiraz aksiyası çərçivəsində keçirilən bu mitinqdə həbs edilib.

Məhəmməd Rıza Fəqihi əslən Ərdəbil vilayətinin Hir şəhərindəndir və Tehranda yaşayır. O, Azərbaycan milli hərəkatının çoxlu sayda fəalını vəkil kimi təmsil edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar