SON XƏBƏRLƏR

Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir

2025.02.08, 12:51
Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp gələn həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır, görüş Vaşinqtonda baş tuta bilər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə Yaponiya Baş naziri Sigeru İşiba ilə danışıqların başlanmasından əvvəl jurnalistlərə bildirib.

“Mən, yəqin ki, gələn həftə Prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. O (Zelenski – red.), gələn həftə mənimlə görüşə bilər. O nəyi üstün tutsa, mən buradayam”, – Tramp Putinlə söhbətin nə vaxt baş tuta biləcəyini izah etmədən vurğulayıb.

ABŞ liderinin sözlərinə görə, Zelenski ilə görüş paytaxt “Vaşinqtonda keçirilə bilər”.

“Ora (Ukraynaya – red.) getməyəcəyəm”, – o əlavə edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar