SON XƏBƏRLƏR

Razılaşmanı ağır bombardmandan üstün tuturam - Tramp

2025.02.09, 11:16
Razılaşmanı ağır bombardmandan üstün tuturam - Tramp

Mən qeyri-nüvə mövzularında İranla razılaşma əldə etmək istəyirəm. Mən bunu onu ağır şəkildə bombalamaqdan üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir.

Gunaz.tv

Bu sözləri ABŞ-nin Prezidenti Donald Tramp New York Post qəzetinə müsahibəsində deyib.

"Əgər bu razılaşmanı yerinə yetirsək, İsrail onları bombalamayacaq”,- o bildirib.

ABŞ prezidenti Tehranla mümkün danışıqlardan danışmayacağını da açıqlayıb.

"Onlara deyəcəklərimi sizə deməyi xoşlamıram. Bilirsiniz, bu heç də xoşa gələn hal deyil. Onlara deməli olduğum sözü demək gücündəyəm, ümid edirəm ki, indi etmək niyyətində olduqlarını etməməyə qərar verəcəklər. Düşünürəm ki, sonda həqiqətən sevinəcəklər",- Prezident vurğulayıb.

Qeyd edək ki, İran rəhbəri Əli Xamənei fevralın 8-də ABŞ ilə daışıqları mənasız adlandırıb və Məsud Pezeşkian komandasını danışıqlardan çəkinməyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar