SON XƏBƏRLƏR

Pezeşkian komandası mövqeyini dəyişdi - "Danışıqlar üçün heç bir əsas yoxdur"

2025.02.10, 11:09
Pezeşkian komandası mövqeyini dəyişdi - "Danışıqlar üçün heç bir əsas yoxdur"

Nə yenilik baş verib ki, amerikalılar bizdən onlara yenidən etibar etməyimizi gözləyirlər? Əədalətli danışıqlar üçün heç bir əsas yoxdur.

Gunaz.tv

Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

O, Amerikanın danışıqlar barədə təkliflərinin səmimi olmadığını iddia edib.

Xarici işlər naziri Əli Xaməneinin danışıqlar barədə bəyanatını təkrar edərək. bundan əvvəl nüvə proqramı ilə bağlı 2 il müzakirə apardıqlarını və heç bir nəticə əldə edilmdiyini bildirib.

Əraqçı yeni mərhələdə Amerikanın danışıqlar barədə irəli sürdüyü təkliflərlə İrana daha çox təzyiq göstərmək niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl Abbas Əraqçı və Məsud Pezeşkian hökumətinin başqa üzvləri Amerika ilə damışıqların mümkün olduğuna işarə ediblər.

Ancaq, fevralın 8-də Əli Xaməneinin Amerika ilə danışıqların mənasız olduğu barədəki çıxışından və Pezeşkian komandasına bunu qadağan etməsindən sonra həmin şəxslər məsələ ilə bağlı əks mövqedən çıxış etməyə başlayıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar