SON XƏBƏRLƏR

Güney Azərbaycanda məktəblər bağlandı

2025.02.11, 10:03
Güney Azərbaycanda məktəblər bağlandı

Havaların soyuq keçməsi və güclü qar yağması ilə əlaqədar olaraq, fevralın 11-i  Güney Azərbaycan əyalətlərində təhsil ocaqları tətil elan edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, bu gün fevralın 11-i Həmədan, Qəzvin, Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətlərində dərslər onlain keçiriləcək.

Bununla yanaşı yolların buz bağladığı, nəqliyyatın hərəkətinin çətinləşdiyi və çox sayda kəndin yolunun bağlandığı bildirilib.

Azərbayca əyalətləri ilə yanaşı İranın daha 4 əyalətində də məktəblər bağlanıb, daha 5 əyalətdə isə məktəblər və bütün dövlət idarələri tətil elan edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar