SON XƏBƏRLƏR

Qəzza zolağının bərpa xərcləri açıqlandı

2025.02.12, 10:53
Qəzza zolağının bərpa xərcləri açıqlandı

Qəzza zolağının bərpası üçün 53 milyard dollar həcmində vəsaitə ehtiyac var.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu qiymətləndirmə BMT-nin baş katibi Antonio Quterreşin hesabatında yer alıb.

Hesablamalara görə, təkcə ilk üç ildə təxminən 20,5 milyard dollar tələb olunacaq. Ən böyük xərclər mənzil sektorunda (15,2 milyard dollar), ticarət və sənayedə (6,9 milyard dollar), səhiyyədə (6,9 milyard dollar), kənd təsərrüfatında (4,2 milyard dollar) və təhsildə (2,6 milyard dollar) gözlənilir.

Sənəddə kəskin humanitar vəziyyətə də işarə edilir: yaşayış binalarının 60 faizindən çoxu, yolların 65 faizi, məktəblərin 88 faizi dağılıb. İşsizlik 80 faizə çatıb və 1,9 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb. Hesabat beynəlxalq ictimaiyyəti Fələstin anklavını bərpa etmək və regionda davamlı inkişaf şəraiti yaratmaq üçün təcili olaraq maliyyə və texniki yardım göstərməyə çağırır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar