SON XƏBƏRLƏR

İran sərnişin təyyarələri ilə Hizbullaha pul göndərib - İsrail

2025.02.13, 12:53
İran sərnişin təyyarələri ilə Hizbullaha pul göndərib - İsrail

Son həftələr SEPAH-ın Qüds qüvvələri sərnişin təyyarələrindən istifadə edərək Beyrut beynəlxalq hava limanı vasitəsilə Hizbullaha pul göndərib.

Gunaz.tv

Bu abrədə İsrail Ordusunun X səhifəsində məlumat yayılıb.

"Pul köçürmələrinin qarşısını almaq üçün edilən cəhdlərə baxmayaraq, bu pulların bir hissəsi Hizbullahın əlinə çatıb. Bu pullar Hizbullahın özünü yenidən qurması üçün istifadə olunacaq",- məlumatda bildirilib.

Qeyd edək ki, ötən ay Beyrut hava limanının rəhbərliyi SEPAH-a məxsus Mahan təyyarəsinin sərnişinlərini, o cümlədən İran səfirliyinin əməkdaşlarını yoxlayıb. 

Ancaq səfirlik üzvləri çantalarını təhvil verməkdən imtina ediblər. Tehran sonradan bu çantaların içərisində pul və sənədlərin olduğunu təsdiqləyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar