SON XƏBƏRLƏR

İran təyyarələrinin Beyruta enişinə qadağa qoyulduqdan sonra Hizbullah tərəfdarları iğtişaşlar törədib

2025.02.14, 11:07
İran təyyarələrinin Beyruta enişinə qadağa qoyulduqdan sonra Hizbullah tərəfdarları iğtişaşlar törədib

Mahan Hava Yollarının Lübnana uçuşu ləğv edildikdən sonra Hizbullah tərəfdarları Beyrut hava limanına gedən yolları bağlayıblar.

Gunaz.tv

Uçuş fevralın 13-də Tehrandan Beyruta baş tutumalı idi, lakin Lübnan Mülki Aviasiya Təşkilatı onu ləğv etdi.

Beyrutun Rəfik Həriri hava limanının rəsmisi AFP-yə bildirib ki, Lübnanın Nəqliyyat Nazirliyinin əmrindən sonra hava limanı Mahan Hava Yollarına şirkətin cümə axşamı və cümə günləri planlaşdırılan iki uçuşunu qəbul edə bilməyəcəyi barədə məlumat verib.

Bu uçuşların ləğv edilməsi xəbərindən sonra əllərində bayraqlar və Hizbullah liderlərinin şəkilləri olan çoxlu sayda etirazçı Beyrut hava limanına gedən yolları bağlayıb. Yayılan videolarda nümayişçilərin təkər yandırdıqları və şüarlar səsləndirdikləri də görünür.

Qeyd edək ki, Mahan reysinin ləğvi xəbərinin yayılmasından bir neçə saat əvvəl İsrail ordusu SEPAH-ın Qüds Qüvvələrinin mülki uçuşlardan istifadə edərək Lübnandakı Hizbullaha pul köçürməyə cəhd etdiyini açıqlamışdı.

İsrail ordusunun ərəb dilli sözçüsü Aviçay Adraei X sosial media platformasında yazıb ki, İran son həftələrdə İsrailə qarşı hücumlar həyata keçirmək məqsədi ilə Hizbullaha  bir neçə dəfə pul köçürməyə cəhd edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar