SON XƏBƏRLƏR

 İran nüvə proqramından imtina etməsə, İsrail hücuma hazırdır - Washington Post

2025.02.14, 12:19
 İran nüvə proqramından imtina etməsə, İsrail hücuma hazırdır - Washington Post

İslam Respublikası Liviya kimi nüvə obyektlərindən imtina etməyə razı olmasa, İsrail Amerikanın onları dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq bu obyektlərə hücum etməyə hazırdır.

Gunaz.tv

Bu barədə “Washington Post” bir neçə amerikalı və israilli rəsmiyə istinadən yazıb.

Nəşrin məlumatına görə, Co Bayden administrasiyası son günlərində İsrailin bu barədəki fikrini araşdırıb ona qarşı çıxsa da, indi İsrailə bu mövzuda dəstək vermək qərarı Tramp administrasiyasının əlindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl İsrailin Amerikadakı səfiri Yehiel Layteri "Fax news"a müsahibəsində oxşar fikirlər səsləndirib.

Əgər İslam Respublikası ilə razılaşma “Liviya müqaviləsi"nə oxşar modeldə olsa, biz ora gedib zənginləşdirilmiş uranı toplamalı, və nüvə infrastrukturunu məhv etməliyik və bu bizim nail olmaq istədiyimizdir. Belə bir razılaşma (Liviya modeli) olacağı təqdirdə, İsrail İslam Respublikasının "nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi yola əl atmaqda israr etmir",-.səfir bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar