SON XƏBƏRLƏR

KİV: Tramp Zelenskiyə şəxsi nömrəsini verib

2025.02.14, 13:26
KİV: Tramp Zelenskiyə şəxsi nömrəsini verib

Amerika Prezidenti Donald Tramp telefon nömrəsini ukraynalı həmkarı Volodimir Zelenskiyə verərək ona birbaşa zəng etməsini deyib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr iddia edir ki, Trampın təklifinə cavab olaraq Zelenski ABŞ Prezidentinə ukraynalı boksçu Aleksandr Usikın çempionluq kəmərini hədiyyə edəcəyinə söz verib.

Məlumata görə, fevralın 12-də Tramp və Zelenski arasında telefon danışığı müsbət ruhda keçib. Tramp Zelenskidən münaqişənin həlli ilə bağlı hələ də "sövdələşmə bağlamaq" istəyib-istəmədiyini öyrənməyə çalışıb. Zelenski cavabında saziş bağlamaq istədiyini, lakin ümumilikdə buna şübhə ilə yanaşdığını bildirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar