SON XƏBƏRLƏR

İraqın Səlahəddin vilayətində də türk dili rəsmiləşib

2025.02.15, 11:20
İraqın Səlahəddin vilayətində də türk dili rəsmiləşib

Kərkük vilayətindən sonra İraqın Səlahəddin vilayətində də türk dili rəsmiləşib və dövlət qurumlarında ərəb dili ilə yanaşı istifadə olunacaq.

Gunaz.tv

Səlahəddin valisi vilayətdə türk dilinə rəsmi status verildiyini açıqlayıb.

İraq konstitusiyasına görə, türk dili Kərkük, Mosul, Ərbil, Səlahəddin və Süleymaniyyə əyalətlərində rəsmi dildir, lakin bu qanun indiyədək yalnız Kərkükdə tətbiq edilib.

İraqın Səlahəddin vilayətində türkmənlərin əhalisinin 1 milyondan çox olduğu təxmin edilir. İraq hökuməti tərəfindən dəqiq statistika açıqlanmasa da, qeyri-rəsmi mənbələrə görə, İraqın şimal-qərbindən şimal-şərqinə qədər uzanan və “Türkmən Eli” kimi tanınan ərazidə 6 milyona yaxın türkmən yaşayır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar