SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda 4 mindən çox xərçəng xəstəsi var

2025.02.15, 11:36
Şərqi Azərbaycanda 4 mindən çox xərçəng xəstəsi var

Şərqi Azərbaycan əyalətində xərçəng xəstəliyinin müxtəlif növləri geniş yayılıb və bunun qarşısının alınması üçün tədbirlər görülməsə, məsələ daha da təhlükəli hal alacaq.

Gunaz.tv

Bu barədə İranın "İrna" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan və əyalət mərkəzi Təbriz şəhərində sənaye müəssisələrinin çox olması və hava çirkliliyinin artması xərçəngin yayılma səbəblərindən biridir.

Pejvak Xeyriyyə Assosiasiyasının baş direktoru (Şərqi Azərbaycanda xərçəng xəstələrinin dəstəkçisi) Əliəkbər Xazen əyalətdə xərçəng növlərinin sayının artması ilə bağlı ciddi xəbərdarlıq edib.

O, hazırda Şərqi Azərbaycanda 4 mindən çox xərçəng xəstəsinin qeydiyyata alındığını və onların 45%-nin Təbrizin payına düşdüyünü bildirib.

Xazen, İran Səhiyyə Nazirliyinin hesabatında qarşıdakı il üçün xərçəng xəstəliyinə yoluxanların təxmini sayının 400-450 min olacağına diqqət və bunun 12-15 min nəfərinin Şərqi Azərbaycanda olacaını söyləyib.

Onun sözlərinə görə, Şərqi Azərbaycanda xərçəng xəstələrinin orta yaşı 40-60 oarasıdr və ən çox qeydə alınan xərçəng növü qadınların döş xərçəngi xəstəliyidir.

Qeyd edək ki, İranda xərçəngə yoluxma yaşı başqa ölkələrlə müqayisədə təxminən 10 il aşağıdır və iranlılar daha gənc yaşlarında bu xəstəliyə yoluxurlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar