SON XƏBƏRLƏR

Pezeşkian Təbrizdə keçirilən festivalda iştirak etmədi

2025.02.15, 12:49
Pezeşkian Təbrizdə keçirilən festivalda iştirak etmədi

İran Prezidenti Məsud Pezeşkian Təbrizə qeyri-rəsmi səfər edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Pezeşkianın səfər çərçivəsində Milli Birlik Festivalının bağlanış mərasimində iştirakı nəzərdə tutulsa da, bu baş tutmayıb.

Prezidentin parlament məsələləri üzrə müavini Şəhram Dəbiri, iştirakın "bəzi protokollar səbəbindən" ləğv edildiyini desə də, bu barədə əlavə məlumat verməyib.

Bundan sonra Məsud Pezeşkian təbrizli xeyriyyəçi və iş adamı Kərim Mərdani Azərlə görüşüb.

Prezident iş adamı ilə görüşündə onun xeyriyyəçi fəaliyyətləri, xüsusən məktəb çatışmazlığı sahəsindəki yardımlarına görə. Mərdani Azərə təşəkkür edib.

Prezidentin təbrizli iş adamı ilə görüşünün əsas məqsədinin Mərdani zərin Şərqi Azərbaycanda məktəb çatışmazlığına yardım etməsi ilə əlaqəli olduğu bildirilir.

2009-cu ildən Prezident seçilənə qədər Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi olan Pezeşkianın yeni vəzifəyə başlayandan bəri Təbrizə ilk səfəridir.

Qeyd edək ki, Şərqi Azərbaycanda 40 məktəbin inşasını maliyyələşdir təbrizli iş adamı, Təbrizin ən böyük uşaq xəstəxanası və başqa bir neçə xəstəxananın da tikintisinə sponsorluq edib.

Sistan və Bəlucistan əyalətində də onlarla məktəb inşa etdirən Mərdani Azər, Afrikanın bir neçə ölkəsində də xeyriyyə işləri ilə məşğul olub, afrikalı uşaqların təhsil və səhiyyəsinə vəsait ayırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar