SON XƏBƏRLƏR

Hakan Fidandan İrana açıq mesaj

2025.02.17, 12:10
Hakan Fidandan İrana açıq mesaj

Onlar təkcə Türkiyəni hədəf almırlar. İranı, İraqı və Suriyanı hədəf alırlar. PKK/YPG virusundan birlikdə qurtulmağın zamanıdır.

Gunaz.tv

Türkiyə Xarici işlər naziri Hakan Fidan TRT World yayımında gündəmdə olan mövzuları qiymətləndirdi. Hakan Fidan Suriyanın şimalında mövcud olan terror təşkilatı PKK/YPG-yə qarşı mümkün əməliyyatla bağlı açıqlama verib.

Suriyada terror təşkilatı PKK/YPG-nin işğalını dayandırmağın yeni rəhbərliyin prioritetləri arasında olduğunu bildirən Fidan, "Həm Suriyanın, həm Türkiyənin, həm də İraqın və kürdlərin maraqları üçün PKK-dan qurtulmalıyıq" dedi.

Terror təşkilatı PKK-nın "çoxməqsədli terror təşkilatı" olduğunu vurğulayan Fidan, "Onlar təkcə Türkiyəni deyil, İranı da, İraqı da, Suriyanı da hədəf alırlar. Ona görə də düşünürəm ki, bu virusdan birlikdə qurtulmağın vaxtı çatıb" ifadələrdən istifadə etdi.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar