SON XƏBƏRLƏR

İran Həsən Nəsrullahın dəfn mərasimində yüksək səviyyədə təmsil olunacaq

2025.02.17, 14:13
İran Həsən Nəsrullahın dəfn mərasimində yüksək səviyyədə təmsil olunacaq

İran bazar ertəsi Lübnanın Tehran tərəfindən dəstəklənən Hizbullah hərəkatının öldürülən lideri Həsən Nəsrullahın bu həftəsonu baş tutacaq dəfn mərasimində yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.

Gunaz.tv

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bazar günü Beyrutda keçiriləcək mərasimdə kimin iştirak edəcəyini dəqiqləşdirməsə də İranın bu mərasimdə yüksək səviyyədə iştirak edəcəyini deyib.

Qeyd edək ki, İranın bu açıqlaması Lübnan hakimiyyətinin təhlükəsizliklə bağlı Tehrandan Beyruta uçuşları ləğv etdiyini bildirməsindən sonra elan edilib.

Hizbullahın hazırkı lideri Naim Qasım, uçuşların ləğvlərin arxasında İsrailin dayandığını bildirərək, Lübnan hökumətinin İsrail əmrini yerinə yetirdiyini iddia edib. Naim Qasım, eyni zamanda, insanları Həsən Nəsrullahın dəfn mərasiminə geniş şəkildə qatılmağa dəvət edib.

Qeyd edək ki, İsrail dəfələrlə Hizbullahın Beyrut hava limanı vasitəsilə İrandan silah və vəsait qaçaqmalçılığı etdiyini bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar