SON XƏBƏRLƏR

Finlandiya Rusiya ilə sərhəddə səddin tikintisini başa çatdırır

2025.02.17, 15:17
Finlandiya Rusiya ilə sərhəddə səddin tikintisini başa çatdırır

Finlandiya-Rusiya sərhədində təxminən 200 km uzunluğunda səddin tikintisi işləri qrafiki qabaqlayır və böyük hissəsi 2025-ci ildə başa çatdırılacaq.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Xidmətinin rəhbəri Markku Hassinen bildirib.

"Səddin tikintisi əsasən bu il başa çatdırılacaq. Yalnız bəzi hissələr 2026-cı ildə tamamlanacaq", - “Yle” ictimai yayımçısı onun sözlərindən sitat gətirib. Portal qeyd edir ki, bundan əvvəl səddin tikintisinin yalnız 2026-cı ilin sonuna qədər başa çatdırılacağı gözlənilirdi.

Qeyd edək ki, 2022-ci ilin iyununda Finlandiyanın Daxili İşlər Nazirliyi (DİN) hökumətin "hibrid xarakterli təhdidlərlə" mübarizəyə hazırlaşmaq üçün Rusiya ilə sərhəddə maneələrin quraşdırılmasını planlaşdırdığını açıqlayıb. 2024-2026-cı illər ərzində təxminən 200 km uzunluğunda maneənin tikintisi nəzərdə tutulurdu. 2024-cü ilin martında DİN Rusiya ilə sərhəddə səddin sürətli templə tikintisi üçün 74 milyon avro ayırmağı təklif edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar