SON XƏBƏRLƏR

Tramp ABŞ qoşunlarını çıxarmaqdan imtina edib

2025.02.19, 11:00
Tramp ABŞ qoşunlarını çıxarmaqdan imtina edib

ABŞ prezidenti Donald Tramp Amerikanın Avropadakı qoşunlarını çıxarmaqdan imtina edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Heç kim bizdən bunu tələb etmir, ona görə də bunu etməyə ehtiyacımız olduğunu düşünmürəm", – deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Trampın sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün ABŞ hərbi qüvvələrinin Avropadakı mövcudluğunu azaltmağa ehtiyac yoxdur.

Bundan əvvəl NATO-nun Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqone ABŞ qoşunlarının Avropada sayının azaldılaraq Hind-Sakit okean regionuna köçürülə biləcəyini ehtimal edib.

O, həmçinin Avropa İttifaqı ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

Bundan öncə Trampın 20 min Amerika əsgərini Avropadan çıxarmaq niyyətində olduğu bildirilirdi.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar