SON XƏBƏRLƏR

Casusluq ittihamına görə Mazandaranda bir neçə nəfər həbs edilib

2025.02.20, 10:16
Casusluq ittihamına görə Mazandaranda bir neçə nəfər həbs edilib

Mazandaran əyalətində Amerika və İsrailin xeyrinə casusluq və fəaliyyət edən şəxslərdən ibarət şəbəkə müəyyənləşdirilərək həbs edilib və şəbəkə dağıdılıb.

Gunaz.tv

Bu barədə "Təsnim" xəbər agentliyi  SEPAH-ın Mazandaranın "Kərbəla" qərargahının komandiri Siyavuş Müslimiyə istinadən məlumat yayıb.

"Amerika , İsrail və bölgədəki bəzi düşmən ölkələrin kəşfiyyat xidmətləri daima ölkəyə sızmağa çalışır və onlar əməllərini xarici ölkə vətəndaşları və İrana gəl-get edən şəxslər vasitəsilə həyata keçirirlər",- Müslimi iddia edib.

O, saxlanılan şəxslərin sayı, kimliyi və həbs tarixləri, həmçinin harada saxlanıldıqları barədə açıqlama verməyib.

Qeyd edək ki, bununla eyni vaxtda Ərdəbil şəhərində də bir nəfər İsraillə əlaqə ittihamına görə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar