SON XƏBƏRLƏR

İranlı diplomat: "İran nüvə enerjisinə sərmayə qoymağa davam edəcək"

2025.02.20, 13:36
İranlı diplomat: "İran nüvə enerjisinə sərmayə qoymağa davam edəcək"

İran Amerika Prezidenti Donald Trampın hədələrinə baxmayaraq, öz nüvə proqramının inkişafına sərmayə qoymağa davam edəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib.

“İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymur, amma nüvə enerjisinə sərmayə qoymağa davam edəcək. Tehran nüvə silahlarının yayılmaması üzrə müqavilənin üzvüdür və bu sahədəki siyasəti tamamilə şəffafdır”, - o iddia edib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, Amerikanın Tehranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlıqları əsassızdır.

“Biz, İranın nüvə silahı əldə etməməyə dair Ali Lider tərəfindən qoyulmuş dini qadağaya sadiqik”, - o iddia edib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar