SON XƏBƏRLƏR

Ukraynada ələ keçirilən İran dronu Amerikada nümayiş etdirilir

2025.02.20, 14:55
Ukraynada ələ keçirilən İran dronu Amerikada nümayiş etdirilir

Ukraynada ələ keçirilən İran istehsalı "Şahed-136" hərbi pilotsuz uçuş aparatı bu həftə Amerikanın Merilend ştatındakı "Endryus" Bazasına gətirilib. 

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat paylaşıb.

Ukrayna qüvvələri tərəfindən zərərsizləşdirilən pilotsuz təyyarə Ukrayna və Polşa xüsusi təyinatlıları və Amerikada fəaliyyət göstərən "Nüvə İranına Qarşı Birlik" (UANI) təşkilatının əməkdaşlığı ilə daşınıb.

Birləşmiş Millətlər Təşkilatında Amerika səfiri vəzifəsində çalışmış "Nüvə İranına Qarşı Birlik" (UANI) təşkilatının rəhbəri Mark Uolles açıqlaması zamanı bildirib ki, İran rejimi illərdir bu terror silahının rolunu gizlətməyə çalışıblar.

Pilotsuz təyyarə bu həftə sonu Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında nümayiş etdiriləcək və ABŞ prezidenti Donald Tramp konfransda çıxış etməyə hazırlaşır.

Məlumata görə, "Şahed-136" pilotsuz uçuş aparatı Rusiya tərəfindən Ukraynanın mülki əhalisi və infrastrukturuna qarşı istifadə edilir. Bu dronlar İranın hərbi sənayelərində SEPAH-ın nəzarəti altında istehsal olunur. Vurğulayaq ki, SEPAH ABŞ-da terror təşkilatı kimi tanınıb.

 

 

Şahin Elxanoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar