SON XƏBƏRLƏR

Turbo mühərrikli yeni "Bayraktar TB2" səmada

2025.02.22, 12:18
Turbo mühərrikli yeni "Bayraktar TB2" səmada

Türkiyənin ilk milli silahlı pilotsuz uçuş aparatı (SİHA) - "Bayraktar TB2"-nin turbo mühərrikli və qabaqcıl süni intellektə malik yeni versiyası sınaq uçuşlarına başlayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, "Bayraktar TB2T-Al" SİHA-nın sınaq uçuşları Ədirnənin Keşan rayonunda gerçəkləşib.

Yeni nəsil SİHA turbo mühərrik gücü, yüksək sürət, üstün hündürlük və ağıllı uçuş imkanlarına malikdir. 30 dəqiqədən az müddətdə 30 min fut yüksəkliyə çata bilir.

SİHA sınaq uçuşlarında 30 min 318 fut yüksəkliyə çataraq öz rekordunu qırıb. Mövcud SİHA-lardan daha çox sürətli havaya yüksəlmək və yüksək hündürlükdə uzun müddət qalmaq qabiliyyətinə malik olan "Bayraktar TB2T-Al" 300 km saat sürətlə hava üstünlüyünə malikdir.

SİHA süni intellekt kompüteri ilə hava döyüşlərində üstün avtonom imkanlar təqdim edir.

SİHA süni intellektlə dəstəklənən sistemləri sayəsində səmada fövqəladə hallarda avtomatik olaraq bazaya təhlükəsiz şəkildə qayıda bilir. Bu xüsusiyyəti ilə SİHA döyüş meydanında dayanıqlığı və əməliyyat təhlükəsizliyini maksimum dərəcədə artırır.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar