SON XƏBƏRLƏR

Pezeşkian Lübnana dəvət edilmədi

2025.02.22, 14:36
Pezeşkian Lübnana dəvət edilmədi

İran Prezidenti Məsud Pezeşkian Hizbullah-ın həlak olan keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə dəvət edilməyib.

Gunaz.tv

Bu barədə Lübnan mediası məlumat yayıb.

Məlumata görə, mərasimdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iştirak edəcək.

"O isə şəxsi təmasları və təşəbbüsündən sonra Livan parlamentinin sədri Nəbih Beri tərəfindən dəvət olunub",- məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 27-də Beyrutun cənubunda İsrailin hava hücumu zamanı həlak olan Həsən Nəsrullah, fevralın 23-də Beyruda basdırılacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar