SON XƏBƏRLƏR

Azərbaycan milli fəalı Məhəmməd Əsədi Maragada həbs edildi

2025.02.23, 22:37
Azərbaycan milli fəalı Məhəmməd Əsədi Maragada həbs edildi

Məhəmməd əsədi Maragada yaşayan azərbaycanlı fəallarından biri, 23 fevral 2025-ci il bazar günü təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək şəhər həbsxanasına göndərildi.

Gunaz.tv

Bu azərbaycanlı fəalın ailəsinə yaxın bir mənbə bu xəbəri təsdiqləyərək bildirdi: "Cənab Əsədi" ana dilinin qorunması və Dünya Ana Dili Günü'nün qeyd olunması məqsədilə məktəblilər arasında türkcə kitablar paylamış və bunu sosial mediada paylaşmışdı, bundan sonra isə həbs edilib.

 

Azərbaycanlı fəallar müxtəlif şəhərlərdə uşaqlara şeir və uşaq hekayələri mövzusunda türkcə kitablar paylayaraq ana dilinin tədrisinin vacibliyi və ana dilində təhsil almağın faydalarını vurğulamış, bu məsələyə valideynlərin daha çox diqqət etmələrini tələb ediblər.

 

 

E. Y

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar