SON XƏBƏRLƏR

Bəluç İmam cümə; Edamların dayandırılması xalqın ümumi tələbi olaraq qalır

2025.02.23, 23:42
Bəluç İmam cümə; Edamların dayandırılması xalqın ümumi tələbi olaraq qalır

Moləvi Abdülhəmid, Zəhdandan olan sünni cümə imamı, İranda edamların artmasını tənqid edərək dedi: "Siyasi edamlar və hətta narkotik maddələrə görə edamlar da bu qədər geniş şəkildə şəriət qanunları ilə uyğun gəlmir".

Gunaz.tv

Abdülhəmid, əvvəllər də dəfələrlə hökumətdən edamları dayandırmağı tələb etdiyini vurğulayaraq bildirdi ki, bu edamların dayandırılması "xalqın ümumi tələbi"dir.

 

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, 2024-cü ildə İranda ən azı 975 nəfər edam edilib. Bu təşkilatlar bildirir ki, İslam Respublikası "cəmiyyətdə qorxu yaratmaq" üçün edam cəzalarından istifadə edir. Bu hesabatlarda, xüsusilə Bəlucilərdən ən çox edam edilən etnik qrup kimi bəhs olunur.

 

Abdülhəmid sözlərinin davamında "din və məzhəb və etnik mənşə fərqi olmadan, bütün xalqın tələblərinə diqqət yetirilməsini" istəyib.

 

Zahedan şəhərinin sünni imamı digər bir hissədə hökumətdən iqtisadi böhran dövründə dini məktəblərə və dini fəaliyyətlərə büdcə ayrılmamasını tələb edib.

 

E. Y

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar